Saatlıda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Sosial

23.02.2025 13:30

952

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan TodayPress-ə verilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 16 ədəd ov tüfəngi təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

tag: Saatlı ,Polis Şöbəsin,Silah,DİN,todaypress.az,