Saatlıda narkotacirlər saxlanıldılar - FOTO
Sosial
27.01.2025 10:42
Saatlıda narkotiklərin satışı ilə bağlı üç nəfər saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən rayon sakinləri Sahib Astanov, İslam Fətullayev və Asim Qarayev saxlanılıblar.
Həmin şəxslərdən 2 kiloqram marixuana, çətənə toxumları və 1 ədəd elektron tərəzi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
tag: Narkotik,Marixuana,Araşdırma,DİN,Todaypress.az,