Saatlıda 72 yaşlı kişi yaşadığı evdə qətlə yetirildi
Sosial
06.07.2024 20:21
İyulun 6-da saat 18:30 radələrində
Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin
oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat
daxil olub.
Bu barədə TodayPress-ə DİN-in
Mətbuat Xidmətindən bildirilib.
Cinayət əməlini törətməkdə
şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
tag: Saatlı, Dədə Qorqud kəndi, Ağayev Rabil, DİN, todaypress.az,