Saatlıda 19 yaşlı gənc Arazda batdı

Sosial

18.06.2024 20:01

Saatlıda 19 yaşlı gənc Araz çayında batıb.

TodayPress xəbər verir ki, hadisə Araz çayının Seyidlər kəndi ərazisində baş verib.

Seyidlər kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən boğulub. Onun meyiti yaxınları tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

 

tag: Araz çayı, Seyidlər kəndi, Saatlı rayonu, Hadisə, todaypress.az,