Rusiyada hökumət binasına qumbara atıldı
Rusiyanın Samara vilayətində hökumət binasının eyvanına bir nəfər naməlum şəxs partlayıcı qurğu (ehtimal ki, RQD qumbarası) atıb.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Hadisə nəticəsində heç kim xəsarət almayıb, hücum edən şəxs saxlanılıb.
Qeyd edək ki, hadisə fevralın 27-də Bakı vaxtı ilə saat 05:30-da baş verib.
Töhfə Səməd
tag: Rusiya,Samara,RQD ,Hökumət binası,todaypress.az,