Rövşən Vəliyev həbsxanada vəfat etdi

Sosial

05.03.2025 03:11

2168

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev (Novruzoğlu) vəfat edib.

TodayPress xəbər verir ki, o, bu gün həbsxanada dünyasını dəyişib.

Mərhum bu gün torpağa tapşırılıb.

Qeyd edək ki, R.Vəliyev 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edilmişdi. Professor Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunmuşdu.

 

tag: Elmlər Akademiyası, Həbsxana, Rövşən Vəliyev, Cinayət, Həbs, todaypress.az,