Rəşad Məcid: “Mətbuatda çalışan qadınların sayı 43 faizdən çoxdur”

Sosial

27.11.2024 12:32

“Bu gün ən aktual məsələlərdən biri də Azərbaycan mediasında gender balansının qorunması mövzusudur”. 

TodayPress xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Şuranın "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin sonuncu toplantısında deyib. 

Onun sözlərinə görə, mediada neçə nəfər kişi və qadının çalışdığını müəyyən etmək üçün sorğu keçirilib. Nəticələr göstərib ki, Azərbaycan mətbuatında 43 faizdən çox qadın işçi mövcuddur. Rəhbər şəxs kimi isə bu say 20 faizdir. 

“İndiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalənin hamısı hazırlanıb və onların yayımı həyata keçirilib, eyni zamanda, məqalələr "Azərbaycanın media landşaftı" kateqoriyasında yerləşdirilib. Məqalələrdə mövzu ilə Əlaqədar institsional yanaşma tətbiq edilib” deyə Rəşad Məcid bildirib.

Töhfə Səməd

tag: Azərbaycan, Media, Rəşad Məcid, Şura, Rəhbərlik, Layihə, todaypress.az,