Rayonlarda hava yağmursuzdur - FAKTİKİ HAVA

Sosial

21.01.2025 10:55

Saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib. 

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, ötən gün bəzi şərq rayonlarında arabir yağıntılı olub. 

Məlumata görə, düşən yağıntının miqdarı Biləsuvar, Yardımlıda 2, Ordubad, Şəki, Şabran, Astarada eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qrızda (Quba) 16, Altıağacda 9, Lerik, Şamaxıda 3, Şahbuzda 2, Xaltan, Lənkəran, Qobustan, Daşkəsəndə 1 sm-dir. 

Qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq arabir Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Mingəçevirdə 16 m/s-dək güclənib. Şamaxı, Qrız, Şahdağ, Lerik, Şəki, Qubada duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb. 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb

tag: Hava,Temperatur, Atmosfer, Yağış, Duman,todaypress.az,