Rauf Vəliyev: "Xəzər dənizindən 289 ton polimer və 56 ton plastik əsaslı tullantı toplandı"
“Gəmiçilikdə enerjini effektiv idarə etmə siyasətinə əsasən, 2050-ci ilə qədər 0 emissiya ilə çıxmağı hədəfləmişik”.
TodayPress xəbər verir ki, bunu ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev oktyabrın 4-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Xəzərin irsi" silsiləsindən olan "Daha az plastik, daha çox həyat təmiz dəniz üçün birlikdə!" devizi ilə “Azerbaijan Shipping Company”nin (ASCO) reallaşdırdığı "Art Plast" layihəsinin təqdimatında deyib.
Onun sözlərinə görə, təkcə 2022-2023-cü illərdə Xəzər Dəniz Gəmiçiliyi 289 ton polimer və 56 ton plastik əsaslı tullantı toplayıb və aidiyyatı təşkilatlara təkrar emal üçün təhvil verib. Bundan başqa, Xəzər dənizində ilk hibrid dalğıc gəmisi sifariş olunub. Bu olduqca əlamətdar hadisədir.
Qeyd edək ki, tədbir çərçivəsində "Suraxanı" gəmi-muzeyində "Açıq Qapı Günü" elan olunub və ziyarətçilər üçün tullantıların təkrar emala çevrilməsi mövzusunda xüsusi master-klass keçiriləcək. Həmçinin qonaqlar üçün maraqlı musiqili proqram təqdim ediləcək.
Töhfə Səməd
tag: Xəzər ,Gəmiqayırma ,Suraxanı ,Açıq Qapı ,ASCO ,Yaşıl Dünya ,todaypress.az,