Qusarda 7 yaşlı uşağı maşın vurub öldürdü

Sosial

07.06.2024 08:12

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, iyunun 6-ı saat 18:30 radələrində Qusar rayonu ərazisində rayon sakini Şənlik Qaziyev idarə etdiyi “ISUZU” markalı avtomobil ilə yolu keçən piyada 2017-ci il təvəllüdlü rayon sakini S.Lətifovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

tag: Daxili İşlər Nazirliyi, Qusar, Yol-nəqliyyat, Cinayət, todaypress.az,