Qurban kəsimi məntəqələrində nöqsanlar aşkarlandı – FOTOLAR
Sosial
18.06.2024 11:50
Qurban bayramı günlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarından ibarət yaradılan işçi qruplar tərəfindən bəzi ünvanlarda, yaşayış yerlərinə yaxın ərazilərdə qurbanlıq heyvanların bir sıra qanunsuz kəsimi hallarına rast gəlinib. Dərhal Agentliklə birgə yerli icra və daxili işlər orqanları tərəfindən belə halların qarşısı alınıb.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Qurumdan qeyd olunub ki, həmçinin vətəndaşlardan bəzi müraciətlər daxil olub və həmin müraciətlər əsasında müvafiq tədbirlər görülüb:
“Qanunsuz kəsiminə cəhd edilən heyvanların yaxınlıqda yerləşən və əvvəlcədən nəzərdə tutulan qurbanlıq heyvanların kəsim-satış məntəqələrinə yönləndirilməsi təmin edilib. Yeri gəlmişkən, bu məsələdə həssaslıq göstərdiklərinə görə vətəndaşlara və media qurumlarına öz təşəkkürümüzü bildiririk”.
Günəş Mərd
tag: Qurban bayramı, Qida Təhlükəsizliyi Agentliyi, AQTA, Qanunsuz kəsim, Sosial, Cəmiyyət, todaypress.az,