Qumbara, tapança və avtomatlar aşkar edildi

Sosial

08.03.2025 10:50

2708

Polis əməkdaşları ötən gün ölkə ərazisində qumbara, tapança və avtomatlar aşkar ediblər.

TodayPress xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, martın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 1 qumbara, 5 tüfəng, 19 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

tag: DİN,Silah,Əməliyyat,Avtomat,Silah-Sursat, Qumbara,Patron Darağı, todaypress.az,