Qubada nişanlısı ilə dalaşan gənc özünü asdı
Sosial
17.07.2024 23:01
Quba rayonunda intihar hadisəsi
baş verib.
TodayPress xəbər verir ki,
hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.
Kənd sakini Əli Şükürov
atasının evində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
İlkin məlumata görə, Əli
Şükürov nişanlısı ilə dalaşıb. O, nişanlısı ilə aralarında baş vermiş olaydan
sarsıntı keçirərək canına qəsd edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
tag: Quba, Birinci Nügədi, Əli Şükürov, Hadisə, todaypress.az,