Qubada körpü qəzalı vəziyyətə düşdü, 30-dan çox kəndə gediş-gəliş çətinləşdi

Sosial

23.04.2025 20:50

16

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.

TodayPress xəbər verir ki, çaya gələn güclü sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi əyilib.

Hazırda yol ötürücüsü uçmaq üzrədir. Körpüdən gediş-gəliş bağlanıb, əraziyə texnikalar gətirilir.

Qeyd edək ki, qəzalı vəziyyətə düşən körpü Quba rayonunun bu istiqamətdə yerləşən 30-dan çox kəndinə gediş-gəlişi təmin edən əsas yol ötürücüsüdür. Rayonun Pirvahid kəndi istiqamətindən alternativ yol olsa da, sakinlərin yolunu xeyli uzadır.

tag: Quba, Körpü, Nügədi, Qaraçay, Qəzalı, todaypress.az,