Quba Bakı yolunda minik avtomobili aşdı, yaralılar var
Sosial
31.01.2025 01:34
Quba Bakı yolunda minik avtomobilinin aşması bir neçə nəfərin
xəsarət alması ilə nəticələnib.
TodayPress-ə məlumat verən Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə Quba-Bakı yolunun şəhər istiqamətində 140-cı kilometrliyində qeydə alınıb.
Belə ki,
sürücünün idarəetməni itirməsi nəticəsində “Kia Sportage” markalı minik
avtomobili aşıb.
Nəticədə
avtomobildə olan biri azyaşlı olmaqla 6 nəfərdən beşi xəsarət alıb. Yaralılar
dərhal xəstəxanaya çatdırılıb.
Fakt
araşdırılır.
tag: Quba, Bakı, Minik, Avtomobil ,Qəza, todaypress.az,