Qrip əleyhinə vaksinasiya üçün müraciət edənlərin sayı artdı

Sosial

08.01.2025 16:00

Son vaxtlar Azərbaycanda qrip əleyhinə vaksinasiya üçün müraciət edənlərin sayı artıb.

TodayPress xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi sosial media hesabındakı canlı yayımında deyib.

O, nazirliyin aidiyyəti tibb müəssisələrində peyvəndlərin mövcud olduğunu da xatırladıb.

Qeyd edək ki, payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyaları yayılır. Əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirib və səhiyyə nazirinin müvafiq əmrinə əsasən ötən il sentyabr ayının 10-dan vaksinasiyaya başlanılıb.

tag: Qrip ,Virus ,Vaksinasiya ,Respirator, todaypress.az,