Qoz xərçəng riskini azaldır

Sosial

23.04.2025 14:04

12

Qozun müntəzəm istifadəsi bədəndə iltihabı azaldır və kolon (yoğun bağırsaq) xərçəngi riskini aşağı salır.   

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Konnektikut Universitetinin Tibb Məktəbi araşdırma aparıb. 

Tədqiqat göstərib ki, qozun tərkibindəki ellagitannin adlı maddələr bağırsaqda faydalı maddələrə çevrilir.

Bu birləşmələr iltihabəleyhinə təsirə malikdir və şişlərin inkişafını ləngidə bilər. Mütəxəssislər, az miqdarda da olsa, hər gün qoz yeməyi tövsiyə edirlər. 

Bu, həm sağlam bağırsaq mikroflorasına dəstək, həm də xərçəngin qarşısının alınması üçün sadə və effektiv vasitə ola bilər. 

Türkan İsgəndərli

tag: Qoz,Sağlamlıq,Xərçəng,Risk,Todaypress.az,