Qobustanda narkotacirlər saxlanıldı - FOTO

Sosial

06.02.2025 09:40

2299

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. 

DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan TodayPress-ə verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Üzeyir Musayev, Elçin Hüsüyev və Anar Məmmədov saxlanılıb.

Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub.  Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

tag: Narkotik,Marixuana,Araşdırma,DİN,Todaypress.az,

photo