“Qızların təhsil hüququ” mövzusunda konfrans keçirildi

Sosial

20.02.2025 12:08

1385

Fevralın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib. 

TodayPress xəbər verir ki, tədbirin mövzusu “Gənc qızların təhsilinə dəstək” layihəsinin əhatə dairəsini genişləndirmək, təhsil ocaqlarında, akademik dairələrdə daha geniş auditoriyanın diqqətini qızların təhsilinə cəlb etmək, onların ictimai-sosial fəallığının artırılmasına dəstək olmaq olub. 

Konfrans çərçivəsində Universitet ilə Komitə arasında elmi-tədqiqat, təhsil, sosial və innovativ layihələr çərçivəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Memorandum imzalanıb.   

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, layihə benefisiarları iştirak ediblər. 

Qiymət Mahir

tag: Konfrans, Ailə, Qadın və Uşaq Problemləri ,BDU,Tədbir,Todaypress.az,

photo