Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanıldı
Sosial
05.02.2025 02:12
Qızılağac Milli Parkının əməkdaşları
tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz
ov edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən TodayPress-ə
verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Masallı rayonu Qızılağac
kənd sakini Kərim Quliyev olduğu məlum olub.
Ondan ov tüfəngi götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib
olunub və qanunamüvafiq tədbir görülüb.
tag: Qoruq, Ov, Qızılağac, Tüfəng, todaypress.az,