Qeysəriyyədən təbii doğuşa keçiddə hansı risklər var? - Mama-ginekoloq AÇIQLADI

Sosial

31.03.2025 16:10

1875

Bayram günlərində Sabirabadda ümumilikdə 3 körpə ölümü qeydə alınıb.

Məlumata görə, onlardan ikisi qeysəriyyə yolu ilə doğulacaqmış, lakin son anda həkimlər qərarlarını dəyişərək təbii doğuş üsulunu seçiblər.  Bəs hansı hallarda qeysəriyyədən təbii doğuşa keçilir və proses zamanı hansı risklər var?

Mövzu ilə bağlı TodayPress-ə danışan mama-ginekoloq Rəşad Sultan bildirib ki, qeysəriyyə əməliyyatından təbii doğuşa keçid zamanı ana bətnindəki uşağın sağlamlığı üçün risklər artmır. 

“Əgər biz qeysəriyyə planlamışıqsa, lakin doğuş son anda gəlibsə, o zaman qeysəriyyə daha riskli olur deyə təbii doğuş edirik. Çünki, uşaq artıq doğulmaq üzrədirsə, yırtılma, orqan zədələnməsinə gətirib çıxara bilər. Bu keçid yalnız, doğuşun təbii şəkildə irəliləməsinə imkan verən ən yaxşı seçim olaraq qiymətləndirilir" o yekunlaşdırıb.

Qeyd edək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ölümü baş verib. Hadisə bayram günlərində olub. Məlumata görə, bu, Sabirabad MRX-da təsdiqini tapmış ikinci ölüm halıdır. Bundan əlavə daha bir uşaq ölümü ilə bağlı iddialar var.

Ümumilikdə isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında son on gündə üç uşaq ölümü qeydə alınıb.    Baş Prokurorluqdan agentliyin sorğusuna cavab olaraq bildirilib ki, hadisələrlə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Türkan İsgəndərli

tag: Rəşad Sultan,Həkim,Sabirabad,Körpə,Ölüm,Todaypress.az,

photo