Qəbələdə yaşayış binasında yanğın oldu

Sosial

15.03.2025 09:11

1005

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

TodayPress xəbər verir ki,  bu barədə  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən binanın 9 nəfər sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

tag: FHN,Yanğın ,Hadisə ,Qəbələ ,Todaypress.az,