Qazaxıstanda təyyarə qəzasında həlak olanların xatirəsinə mahnı bəstələndi

Sosial

31.12.2024 18:15

Qazaxıstanlılar Aktau yaxınlığında baş vermiş faciəli təyyarə qəzasının qurbanlarının xatirəsinə "Теңіз-жүрек" ("Dəniz ürəyi") adlı mahnı təqdim ediblər.

Bu barədə TodayPress, Qazaxıstan KİV-lərinə istinadən xəbər verir.

Qazax və Azərbaycan dillərində ifa olunan kompozisiya xalqlar arasında birlik və səmimi dostluğun rəmzinə çevrilib.

Kompozisiyanın musiqisi Renat Qaysinə, sözləri isə Daniyar Aldabergen və Elmira Dehqaniyə aiddir. 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

(https://www.youtube.com/watch?v=z-KAQHAUE5g&t=1s)

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.


tag: Qazaxıstan,Aktau,Dəniz ürəyi,Renat Qaysin,Daniyar Aldabergen,Elmira Dehqani,todaypress.az,