Qaxda evdə iynə vurulan qadın şoka düşərək öldü

Sosial

23.03.2025 16:40

1423

Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.

TodayPress xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Qax rayonu, Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

tag: Qax ,Ölüm ,İynə,Tasmalı ,todaypress.az,