Qarlı havada xəsarət alanların SAYI AÇIQLANDI

Sosial

21.02.2025 12:35

1877

Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 14-ü qadın, 10-u isə kişi cinsli olmaqla 24 nəfərin müraciəti qeydə alınıb.    

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, xəsarət alanlardan 23-ü müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. 1 nəfər isə hospitalizasiyadan imtina edib.

Töhfə Səməd

tag: TƏBİB,Yardım,Xidmət,Cəmiyyət,Todaypress.az,