Qarlı havada xəsarət alanların sayı 100-ü ötdü

Sosial

25.02.2025 11:31

2027

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 23 fevral tarixindən bu saata qədər 111 nəfər müraciət edib. 

Bu barədə TodayPress-ə Səhiyyə Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

8 nəfər əməliyyat üçün stasionara qəbul edilib.

tag: Səhiyyə,Xəbər,Xəsarət,Hava,Qar,