Qarlı havada nəqliyyat necə işləyir? - SORĞU
"BakuBus" avtobuslarının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə bir sıra əlavə texniki tədbirlər həyata keçirilir".
"BakuBus"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bu barədə TodayPress-in sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, avtobusların hərəkəti üçün gözlənilən əlverişsiz hava şəraitindən əvvəl bütün avtobuslar təkrar texniki baxışdan keçirilir:
"Sərnişin avtobuslarının təkərlərinin vəziyyəti, əyləc sistemi və digər vacib mexanizmlər yoxlanılır. Avtobusların təhlükəsiz hərəkəti üçün lazımi qabaqlayıcı tədbirlər görülür. Sürücülərə xüsusi təlimatlar verilir. Sərnişin sıxlığını azaltmaq və gözləmə müddətini minimuma endirmək üçün zərurət olduqda ehtiyat avtobuslar xəttə buraxılır. Hava şəraiti və yollardakı vəziyyət monitorinq mərkəzi tərəfindən operativ izlənilir və hərəkət qrafikində zərurət yarandıqda, dəyişikliklər edilir. Sərnişinlər bununla bağlı vaxtında məlumatlandırılır".
Şöbə rəhbəri həmçinin şaxtalı və qarlı hava şəraitində sərnişinlərdən avtobus dayanacaqlarında ehtiyatlı olmaları və təhlükəsizliyə diqqət yetirmələri barədə çağırış edib.
Türkan İsgəndərli
tag: BakuBus,Avtobus,Yol,Qar,Hava,Todaypress.az,