Qaradağda dollar oğurluğu: Saxlanılanlar var
Sosial
24.01.2025 11:35
Qaradağ rayonunda evdən oğurluq edilib.
TodayPress DİN-ə istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində yerləşən evlərin birindən 8300 dolların oğurlanması barədə polisə məlumat daxil olub.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı F.Eyyubov, 34 yaşlı G.Əliyeva və 28 yaşlı E.Bağırov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
tag: Qaradağ ,Ev,Oğurluq,DİN,Polis,Saxlanılma,todaypress.az,