Qarabağda sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər keçirilir

Sosial

31.01.2025 19:10

Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirləri davam etdirir.

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, işğaldan azad olunan ərazilərdə yaşayan, işləyən və buraya səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı sanitariya-gigiyena tələbləri izah edilir, maarifləndirici məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür: "Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Xüsusən də tütün məmulatlarını, zibili, tullantıları urnalardan kənara atmaq ictimai qınaq obyektidir və qanunla qadağandır. Bu kimi hallar inzibati məsuliyyət yaradır".

tag: Polis ,Qarabağ,Şərqi Zəngəzur,DİN,todaypress.az,