Qara görə 40-dan çox avtobus qəza törətdi

Sosial

24.02.2025 11:58

906

Ötən gün qarlı və şaxtalı hava şəraitində Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, 21 fevral tarixindən Bakıda və respublikanın bölgələrində qarlı və şaxtalı hava şəraiti müşahidə edilir.

tag: AYNA,Yol,Qar,Avtobus,Bakı,todaypress.az,