Qar uçqununda həlak olan hərbçilər dəfn edildi

Sosial

22.03.2025 12:01

2178

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olan Azərbaycan hərbi qulluqçuları dəfn edilib.

TodayPress xəbər verir, onların cənazəsi gecə saatlarında ailələrinə təhvil verilib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Rüstəm Ruslan oğlu Həmidov Bərdədə,  Əli İmanov Tariyel oğlu isə Sabirabadda torpağa tapşırılıb.

Qeyd edək ki, Rüstəm Ruslan oğlu Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu ilə birlikdə qar uçqunu nəticəsində ölüb.

tag: Gədəbəy,Azərbaycan,Ordu,Hərbçi,todaypress.az,

photo