Qanunsuz saxlanılan silah-sursat aşkar edildi

Sosial

20.01.2025 12:08

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 18-i və 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat, 1 tapança, 33 tüfəng, 3 patron darağı və 72 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.


Nicat Osman

tag: DİN, Silha, Qanunsuz, Avtomat, Tapança, todaypress.az,