Qanunsuz kömür istehsal edilən 43 kömür quyusu aşkar edildi
Ölkə
ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət
Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti
nəzarət tədbirləri zamanı Göygöl, Qax, Şəki, Quba, Qəbələ, İsmayıllı, Oğuz və
Astara rayonlarında qanunsuz yolla ağac kömürü istehsal edilən 43 kömür quyusu
aşkar olunub.
TodayPress xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik
Xidmətinin məlumat yayıb.
Araşdırma zamanı Göygöl
rayonu Çaykənd, Zurnabad, Toğanalı, Qax rayonu Çüdüllü, Turaclı, Şotavar, Şəki
rayonu Baş Şabalıd, Aşağı Göynük, Quba rayonu Tülər, Rustov, Gültəpə, Bad,
Qəbələ rayonu Pirəlli, Yengicə, Vəndam, Nic, İsmayıllı rayonu Şəbiyan, Oğuz rayonu
Bucaq və Müc, Astara rayonu Lomin kənd və qəsəbələri ərazisində qanunsuz kömür
istehsal edən şəxslər müəyyən olunub və barələrində akt, protokol tərtib
edilərək ümumilikdə 12900 manat məbləğində cərimə tətbiq olunub. Kömür quyuları
ləğv edilib.
tag: Qanunsuz, Kömür, Göygöl, Ekologiya, Vəndam, todaypress.az,