Qanunsuz ağac kəsmədə təqsirləndirilən AAYDA-nın əməkdaşı həbs olundu
Zaqatalada qanunsuz ağac kəsmədə
təqsirləndirilən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
TodayPress xəbər verir ki, bu barədə Baş Prokurorluğun
Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində ağacların qanunsuz
kəsilməsi faktı ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri
nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq
aparılır.
Həyata keçirilən tədbirlər nəticəsində toplanmış sübutlar
əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 N-li Yol
İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal
oğluna Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla
qanunsuz ağac kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır
nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham
elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi
Rayon Məhkəməsinin qərarı ilə həbs, Qudayev Muhuma Məmmədəli oğluna isə həmin
Məcəllənin 259.4, 32.5, 309.2 və 32.5, 313-cü maddələri ilə ittiham elan
edilməklə barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə
qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv
istintaq aparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digər
şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər
davam etdirilir.
tag: Zaqatala, Ağac, Cərimə, AAyda, Prokurorluq, Qanunsuz, todaypress.az,