Qadına qarşı soyğunçuluq edən şəxs tutuldu

Sosial

28.04.2025 12:34

39

Paytaxtın Səbail rayonunda talama cinayəti qeydə alınıb. 

TodayPress xəbər verir ki, rayonun Nizami küçəsində yaşayan qadının mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirilib. 

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə təqsirli bilinən 37 yaşlı E.Carçıyev saxlanılıb. 

Araşdırma aparılır.

tag: DİN,Soyğunçu,Kişi,Qadın,Todaypress.az,