Professor: "Ekologiyanın qorunmasında vətəndaş cəmiyyəti məsuliyyət daşımalıdır"

Sosial

22.10.2024 11:10

"Ekoloji etika ekologiyanın qorunmasında mühüm amildir".

TodayPress xəbər verir ki,  AMEA Fəlsəfə ve Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada deyib. 

Onun sözlərinə görə, hazırda ölkəmizdə ekologiyanın qorunması üçün işlər aparılır, cərimələr tətbiq edilir. Lakin burada vətəndaş cəmiyyətinə də iş düşür:

"Biz birinin yerə siqaret atdığını və ya Xəzərə zibil tulladığını görəndə heç nə demirik. Bu, birbaşa vətəndaşları maraqlandırmalıdır. Yanlız bu halda effektiv nəticələr əldə etmək olar".

Günəş Mərd

tag: AMEA,Azərbaycan Milli Elmlər Akademiyası,Fəlsəfə, Xəzər, todaypress.az,