Polis silah-sursat aşkarladı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti profilaktik tədbirlər nəticəsində 2 nəfər könüllü olaraq 1 avtomat silahı, 2 tapança, 1 daraq və 45 ədəd patronu polisə təhvil verib.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Həmçinin, paytaxtın ayrı-ayrı rayonlarında ümumilikdə 4 avtomat silahı və 1 ədəd patron darağı polis əməkdaşları tərəfindən tapılaraq götürülüb.
tag: DİN,Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,