Pilləkən qalxmaq ürək sağlamlığını qoruyur
Şərqi İngiltərə Universitetinin alimləri müəyyən ediblər ki, müntəzəm olaraq pilləkənlərdən istofadə etmək vaxtından əvvəl ölüm və ürək-damar xəstəlikləri riskini azaldır.
TodayPress xəbər verir ki, bu barədə araşdırma Avropa Kardiologiya Cəmiyyətinin konfransında təqdim olunub.
Araşdırmada 35-84 yaş arası 480 mindən çox insanın məlumatları təhlil edilib.
Nəticələrə görə, pilləkən qalxanların ümumi ölüm riski 24%, ürək-damar xəstəliklərindən ölüm riski ilə müqayisədə 39% daha azdır.
Alimlər həmçinin qeyd ediblər ki, belə insanlarda infarkt, insult və ürək çatışmazlığı halları da daha az müşahidə olunub.
Türkan İsgəndərli
tag: Pilləkən,Sağlamlıq,Araşdırma,Ürək,Todaypress.az,