Pensiyalar fevralın 25-də tam ödəniləcək

Sosial

24.02.2025 12:40

1171

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 25-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. 

Bu barədə TodayPress-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. 

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.  1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb. 

Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödəniləcək, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

tag: Sosial Müdafiə,Maaş,Pensiya,Ödəniş,Cəmiyyət,Todaypress.az,