Pensiya yaşına yaxınlaşanlara XƏBƏR: İşdən çıxarılma müddəti artırılacaq?
"50 yaşından sonra vətəndaşlarımız yeni iş tapmaqda çətinlik çəkirlər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, yaşlı insanların iş tapmaqda çətinlik çəkməsi ölkəmizdə ciddi problemdir:
"İş üçün müraciət edənlərə açıq şəkildə “yaşınız çoxdur”, “bu işə uyğun deyilsiniz” kimi ifadələr deyilir. Halbuki bir insan 50-60 yaşında olsa da, əmək qabiliyyətini itirməyibsə, yaşın nə fərqi var? Əgər bacarırsa, istənilən işi görə bilər".
Ekspertin fikrincə, işçini pensiya yaşına iki il qalmış deyil, beş il qalmış işdən çıxarmaq daha məqsədəuyğun ola bilər.
Qeyd edək ki, Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov təklif edib ki, Azərbaycanda pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin.
O, hesab edir ki, bu onların sosial hüquqların qorunması baxımdan vacibdir.
Türkan İsgəndərli
tag: Akif Nəsirli,Ekspert,İş,Pensiya,Todaypress.az,
