Paytaxtın müxtəlif rayonlarında silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Növbəti profilaktik tədbirlər nəticəsində 3 nəfər könüllü olaraq 2 avtomat silahı, 1 tapança və 13 patronu polisə təhvil verib.
Həmçinin, paytaxtın ayrı-ayrı rayonlarında ümumilikdə 2 avtomat silahı, 1 tapança, 1 patron darağı və 8 patron polis əməkdaşları tərəfindən tapılaraq götürülüb.
tag: DİN,Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,