Paytaxtın bəzi yollarda sürət həddi endirildi

Sosial

26.02.2025 21:00

2143

Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə növbəti dəfə paytaxtın bu yollarında sürət həddi endirildi

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən TodayPress-ə verilən məlumata görə, hazırda  mövcud  hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə ümumilikdə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib. Bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

 

tag: Nəliyyat, Yol, Sürət, Heydər Əliyev,Prospekt, Mərdəkan, todaypress.az,