Paytaxt sakinindən narkotik vasitə aşkarlandı
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 23 yaşlı İ.Vəliyev saxlanılıb.
Onun üzərindən 1 kiloqrama yaxın psixotrop maddə tiryək aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,