Paytaxt ərazisində oğurluq və dələduzluq edənlər saxlanıldı

Sosial

31.03.2025 11:44

1682

Binəqədi rayonu ərazisində yerləşən restoranların birində bir nəfərə məxsus içərisində 960 manat pul, zinət əşyası, mobil telefon, sənəd və bank kartları olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, orada çalışan 18 yaşlı Ü.Şirinov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nizami rayonunda bir nəfərin 4988 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı H.Vəliyevin saxlanılması da təmin edilib.

Araşdırma aparılır.

tag: Bakı,Polis,DİN,Oğurluq,Dələduzluq,Todaypress.az,