Övladını naqillə döyən qadın tapıldı
Övladını naqillə döyən qadın tapılıb.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri
Kəmalə Ağazadə özünün sosial media hesabında paylaşıb.
Qeyd edək ki, ötən gün Bakının Suraxanı rayonunda ananın azyaşlı qızına şiddət göstərməsi və videoya çəkməsi ilə bağlı məlumat yayılmışdı. Uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə ana azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.
tag: Naqil, Uşaq, Ana, Kəmalə Ağazadə, Şiddət, Suraxanı, todaypress.az,