Ov mövsümü açıq elan edildi
Sosial
22.01.2025 16:54
Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və 22 yanvar 2025-ci il tarixindən Azərbaycan Respublikası ərazisində ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
Bu barədə TodayPress-ə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
Onun sözlərinə görə, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən ( https://eco.gov.az/az/nazirlik/elan?newsID=26029 )əldə edə bilərlər.
"Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı müvafiq qaydaların mövcud normativlərinə əməl etsinlər və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüffatlarının sahələrindən istifadə etsinlər" deyə o bildirib.
tag: Ov,Mövsüm ,Bioloji Müxtəlifliyin Qorunması,Arzu Babayeva,todaypress.az,