Ötən sutka 99 yanğına çıxış olub
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka 4 nəfər xilas edilib.
TodayPress xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 99 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.
tag: FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.az,