Ötən sutka 71 yanğına çıxış oldu, 6 nəfər xilas edildi

Sosial

06.03.2025 10:33

2775

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə TodayPress-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 71 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, 2-i azyaşlı olmaqla 5 nəfər xəsarət alıb, 1 nəfərin meyiti təhvil verilib.

tag: FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.az,