Ötən il tibbi və psixoloji yardım göstərilən müharibə iştirakçılarının sayı açıqlandı

Sosial

17.06.2024 09:16

2023-cü ildə 1 570 nəfər müharibə iştirakçısı tibbi reabilitasiya xidmətləri, 612 nəfər şəhid valideyni isə lazımi tibbi və psixoloji yardımla təmin olunublar.

TodayPress xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyi Vətən müharibəsi iştirakçıları və şəhid olmuş vətəndaşların ailə üzvlərinə xüsusi həssaslıqla yanaşır və müvafiq tibbi yardımla təmin olunmasını daim nəzarətdə saxlayır. Döyüş əməliyyatları nəticəsində zərərçəkmiş hərbçilərə 12 “Psixoloji Yardım Mərkəzi”ndə (Onlardan ikisi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir, Psixi Sağlamlıq Mərkəzi və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası) psixoloji yardımın göstərilməsi davam etdirilib (azərtac).

tag: Səhiyyə Nazirliyi, Vətən müharibəsi, Psixoloji Yardım Mərkəzi, Azərbaycan Tibb Universiteti, todaypress.az,