Ötən il Azərbaycanın kərə yağı ixracı kəskin artdı
Sosial
03.02.2025 20:57
2024-cü ildə ölkədən 78.4
milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edilib. Ötən ildə
isə 7 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edilib.
TodayPress xəbər verir ki, bu barədə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yamvar sayında dərc
olunub.
Bildirilib ki, illik
müqayisədə bu məhsulun ixracı 11.2 dəfə artıb.
Bu dövrdə Rusiyaya ixrac
edilən bu məhsulun orta qiyməti 11.1 manat təşkil edib.
2024-cü ildə Azərbaycanda 29 min 64.2 ton kərə yağı
istehsal edilib.
tag: Kərə, Yağ, İxrac, İdxal, ABŞ, Azərvbaycan, todaypress.az,